"Əməliyyatın hər bir saatı ərzində təxminən 95-100 hədəf sıradan çıxarıldı"- Elçin Alıoğlu

"Əməliyyatın hər bir saatı ərzində təxminən 95-100 hədəf sıradan çıxarıldı"- Elçin Alıoğlu
19 Sen 2024 10:08

"Dünyada ilk dəfə olaraq bir dövlət, bir nəfər mülki şəxsə zərbə endirmədən, bir mülki obyekti sıradan çıxartmadan əməliyyatlar başladı. "

Politoloq Elçin Alıoğlu bunu News365.az-a danışıb.

"Lokal antiterror əməliyyatı olmamalı idi, nəzərdə tutulmamışdı. Amma sentyabrın 2-də Paşinyan Qarabağlı erməniləri "müstəqillik gününü" təbrik etdi. Sentyabrın 9-da separatçı, terrorçu qrupları saxta prezident seçkiləri keçirdi. Şahramanyan prezident elan olundu. Sonra Füzuli, Əhmədbəyli istiqamətində iki mülkü şəxs minaya düşdü. Erməni və Ermənistan kəşfiyyat diversiya qrupları qoyduqları mina idi. Elə həmən günü daxili qoşunların nəqliyyat vasitəsi minaya düşdü və dört nəfər şəhid oldu. Bu səbr kasasını daşdıran son damla oldu. 13:02 radələrində antiterror əməliyyatları başladı. 1993-cü ildən sonra dünyada ilk dəfə olaraq bir dövlət bir nəfər mülki şəxsə zərbə endirmədən, bir mülki obyekti sıradan çıxartmadan əməliyyatlar başladı. Əməliyyatın hər bir saatı ərzində təxminən 95-100 hərbi hədəf sıradan çıxarılıb. 761 hədəf vuruldu. Düşmən mövqelərinə 5-26 klometr dərinlikdə sızmalar oldu. Daha sonra xüsusi təyinatlılar 9,5 klometr dərinlikdə bütün rabitə və təminat yollarını kəsdilər. Bu tədbirlərdə şəhid olan bütün övladlarımıza, qardaşlarımıza allahdan haqqlarının verilməsini diləyirəm"- deyə vurğulayıb. 

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər