“ABŞ-ın İrəvandakı səfirliyi əslində böyük hərbi-kəşfiyyat kontingentidir”
News365.az xəbər verir ki, politoloq Bakir Həsənbəyli Ermənistan ərazisində yerləşən ABŞ səfirliyi ilə bağlı diqqətçəkən açıqlama verib.
Onun sözlərinə görə, hazırda dünyada ABŞ-ın ikinci ən böyük səfirliyi İrəvanda fəaliyyət göstərir:
“Birincisi İraqdadır, ikincisi isə Ermənistanda. Burada artıq bir neçə min nəfərlik kontingent mövcuddur. Onların əksəriyyəti səfirlik əməkdaşı adı altında fəaliyyət göstərən kəşfiyyatçılar və hərbçilərdir. Bu, sadəcə diplomatik nümayəndəlik deyil, böyük bir hərbi-strateji mərkəzdir”.
Bakir Həsənbəyli bildirib ki, İran xüsusi xidmət orqanları bu fəaliyyətdən xəbərdardır:
“İran rejimi İsrail-Azərbaycan münasibətlərinə həddən artıq həssas yanaşır. Amma qəribədir ki, Ermənistan ərazisində ABŞ kontingentinin, Avropa missiyasının mövcudluğuna bu qədər kəskin reaksiya göstərmir. Halbuki, ABŞ hərbçilərinin Ermənistan-İran sərhədinə yaxın bölgədə yerləşməsi İran üçün ciddi narahatlıq doğuran faktordur”.
Politoloqun sözlərinə görə, xüsusilə Zəngəzur dəhlizinin təhlükəsizliyi məsələsi də İran üçün bu kontekstdə həssas mövzulardan biridir.
News365.az