Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölən var

Türkiyədə hərbi təyyarə qəzaya uğradı - Ölən var
10:56

Türkiyənin Balıkesir vilayəti ərazisində F-16 tipli qırıcı təyyarə qəzaya uğrayıb.

News365.az xəbər verir ki, qəzaya uğrayan təyyarə XIX Baş Reaktiv Hava Bazası Komandanlığına məxsus olub. Hadisə yerli vaxtla saat 00:50 radələrində, təyyarə planlaşdırılmış tapşırığı yerinə yetirərkən qeydə alınıb. Qəza nəticəsində pilot həlak olub.

Türkiyə Müdafiə Nazirliyi də məlumatı təsdiqləyib. Nazirliyin açıqlamasına görə, hadisədən sonra əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub və təyyarənin qalıqları aşkar edilib.

Qeyd olunub ki, qəzanın başvermə səbəbləri xüsusi yaradılmış araşdırma komissiyası tərəfindən müəyyən ediləcək.


Sizin reklam burada
Sizin reklam burada