ABŞ-da uçuş məhdudiyyətləri aradan qaldırılır

ABŞ-da uçuş məhdudiyyətləri aradan qaldırılır
14:26

ABŞ hökumətinin fəaliyyətinin dayandırılması səbəbindən tətbiq olunan kommersiya uçuşlarına qoyulmuş məhdudiyyətlər ləğv edilir.

News365.az xəbər verir ki, bu barədə Nəqliyyat naziri Şon Daffi açıqlama verib.

Nazirin sözlərinə görə, ölkədəki 40 böyük hava limanında uçuşlar yenidən normal rejimdə həyata keçiriləcək. Qərarın tətbiqi ilə səyahət və yük daşımalarında yaranmış çətinliklər aradan qaldırılacaq.

Ekspertlər hesab edirlər ki, məhdudiyyətlərin aradan qaldırılması həm aviakompaniyalar, həm də sərnişinlər üçün rahatlıq yaradacaq və ABŞ hava nəqliyyatının stabilləşməsinə töhfə verəcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada