İmtahanda sevgilisinə məktub yazdı

İmtahanda sevgilisinə məktub yazdı
08 Apr 2025 14:25

Xəbər verdiyimiz kimi, 2-9 mart tarixlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.

News365.az xəbər verir ki, bu gün KİV nümayəndələrinin iştirakı ilə imtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların yoxlanılma prosesini müşahidə etmək üçün təşkil olunan mediaturda maraqlı fakt aşkarlanıb.

Belə ki, abituriyent, yazılı cavab tələb edən tapşırıqlardan birinin cavab bölməsində cavab əvəzinə öz əlaqə nömrəsini yazıb.

Aşkarlanan bu fakt maraqla qarşılanıb və qısa müddət ərzində sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.


Sizin reklam burada
Sizin reklam burada