Abbas Əraqçı: "İran müharibənin dayandırılmasına dair təklifləri dinləməyə hazırdır"

Abbas Əraqçı: "İran müharibənin dayandırılmasına dair təklifləri dinləməyə hazırdır"
12:19

"Tehran vasitəçi ölkələrin müharibənin dayandırılmasına dair təkliflərini dinləməyə hazırdır. Bir şərtlə ki, bu təkliflər İrana dəyən zərərin kompensasiyasını nəzərdə tutsun".

News365.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı "Al Jazeera" telekanalına müsahibəsində bəyan edib.

"Bizə dost olan bir çox ölkələr sülhün əldə edilməsi üçün variantlar təklif ediblər. Əgər müharibənin dayandırılmasına dair bizim şərtlərimizə uyğun təklif olarsa və İranın məruz qaldığı zərər kompensasiya edilərsə, şübhəsiz, belə variantları dinləyəcəyik", - deyə nazir bildirib.


Sizin reklam burada
Sizin reklam burada