Avropa liderləri fevralın 24-də Kiyevə səfər edəcəklər -"Politico"

Avropa liderləri fevralın 24-də Kiyevə səfər edəcəklər -"Politico"
21 Fev 2025 11:26

Bir sıra dövlətlərin liderləri və avropalı siyasətçilər Kiyevin təhlükəsizlik təminatlarını müzakirə etmək və Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək ifadə etmək üçün fevralın 24-də Kiyevə səfər etməyi planlaşdırır. Bu barədə “Politico” məlumat yayıb.

İspaniyanın baş naziri Pedro Sançes, Avropa Şurasının sədri Antonio Kosta və Avropa Komissiyasının sədri Ursula fon der Leyen artıq Ukrayna paytaxtına səfər etmək planlarını açıqlayıblar.

"Politico" qeyd edir ki, Litva, Latviya, Malta və Kanada liderləri görüşə ya şəxsən, ya da onlayn olaraq qoşulacaqlar.

Nəşr onu da aydınlaşdırıb ki, Danimarka, Norveç, İsveç, Finlandiya, Estoniya, Polşa, Xorvatiya, Belçika, Hollandiya, Almaniya və İrlandiya öz siyasətçilərinin görüşdə mümkün iştirakı ilə bağlı sorğulara cavab verməyiblər. Çexiya liderinin isə gəlməyəcəyini açıqlanıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada