Bu sosial ödənişlərin də məbləği artdı

Bu sosial ödənişlərin də məbləği artdı
01 Yan 2025 12:31

Bu gündən Azərbaycanda ehtiyac meyarı və yaşayış minimumunun həddi 285 manat olur.

News365.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq qanunlarda öz əksini tapıb.

“Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarı haqqında” və “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunlara əsasən, hər iki sosial ödənişin məbləği 270 manatdan 285 manata qaldırılır.

2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.

Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.


Youtube kanalımız