"Adamı doğulduğuna peşiman etməyin! Gecələr
barlarda, restoranlarda, otellərdə gənc qızların yaşlı və pullu kişilərlə
eyş-işrəti heç kimə sirr deyil”.
News365.az xəbər verir ki, bunu əməkdar jurnalist Aida Eyvazlı öz feysbuk səhifəsində 67 yaşlı istefada olan general-mayor Nazim Əliyevin özündən yaşca çox kicik olan 35 yaşlı xanımla ailə qurmağına münasibət bildirərkən yazıb.
"Adamı doğulduğuna peşiman etməyin! Gecələr barlarda, restoranlarda, otellərdə gənc qızların yaşlı və pullu kişilərlə eyş-işrəti heç kimə sirr deyil. 60-70 yaşlı məmur kişilərin gənc yaşlı qadın və qızlarla dolu eşq həyatını heç kim qadağan edə bilmir. Hər kəsin öz həyatı, öz tərbiyəsi, öz puludur... haram-halal dəxli yoxdur. Cəmiyyətimizi belə inkişaf etdirmişik. Bu qanunauyğun olmayan, guya milli dəyərlərimizə uyğunlaşdırmadığımız həyat tərzini özümüz seçmişik. Təhsilimizin səviyyəsi bu yerə gətirib cəmiyyəti. Məktəbdə dərsini deyib, direktorluğunu edən o qədər qız-gəlin var ki, axşam da gedir işinin dalınca...
Bütün bunların panoramında indi
durub halal-hümbət ailə quran, kəbin kəsdirən bir generalın şərəf və ləyaqətini
eşələyirsiniz? Nə pis iş görüb ki, kəbin kəsdirib, özündən gənc xanımla evlənib.
Əcəb edib, əlkinin içindən gəlir, içinin-içindən gəlir...
Adama deyərlər: Sənə nə? Qoy insan
öz ailə həyatını yaşasın! Səni niyə narahat edir?
Get öz saytında, ailəndə eşələn.
Siz Zaurlara, Xoşqədəmlərə dərd
danışan adamlarsınız… İndi durub başqasının ailəsinə soxulmayın!”- deyə, A.Eyvazlı
generalı tənqid və təhqir edənlərə qarşı kəskin etirazını bildirib.
Qeyd edək ki, cəmiyyətdə generalın gənc
xanımla rəsmi nikahına münasibət birmənalı olmayıb. Bir çoxları bunu insanın
sivil, mədəni haqqı oldugunu bildirsə də, sosial şəbəkələrdə əksəriyyətin bu fakta
münasibəti mənfi olub.
News365.az