5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı

5 ay əvvəl Kürdə batan şəxsin meyiti tapıldı
09:17

Samux rayonunda Kürdə batan şəxsin meyiti tapılıb.

News365.az xəbər verir ki, sudan meyiti tapılan şəxs Samux rayonun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü İsmayıl Şubliyevdir.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki hadisə bu ilin fevral ayında Kür çayının Samux rayonundan keçən hissəsində baş verib.

Belə ki, Samux rayonu, Seyidlər kənd sakini 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlu, digəri Şəmkir rayon sakini, 1999-cu il təvəllüdlü Müşfiq İsmayılov balıq tutan zaman kürdə batıblar.

Hadisədən sonra Müşfiq İsmayılovun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada