Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən Azər Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilib.
Həmçinin, o, həmin məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında baş verib.
İttihama görə, 1984-cü il təvəllüdlü Azər Mövsümov bıçaqla 2005-ci il təvəllüdlü Həsən Novruzova xəsarət yetirib. Nəticədə o aldığı xəsarətlərdən xəstəxanada ölüb.