8 Noyabr prospektində 86 saylı binanın səkkiz nömrəli mənzilinin tavanı çökərək yerə dağılıb.
News365.az xəbər verir ki, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Ev sahibi Kamran Əliyevin sözlərinə görə, oktyabrın 7-də binanın tavanında çökmə baş verib.
O, bununla əlaqədar müvafiq orqanlara müraciət etsə də, heç bir nümayəndə binaya baxış keçirməyib:
"Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaşadığımız tikili qəzalı binaların siyahısına salınıb. Hadisə baş verən zaman yoldaşım, oğlum, mən işdə olmuşuq. Evdə gəlinimlə iki azyaşlı nəvəm var idi. Onlar evdən çıxandan iki dəqiqə sonra mənzilin tavanı çöküb".
Hadisə ilə bağlı Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, əməkdaşlar binaya baxış keçirdikdən sonra lazımi tədbirlər görüləcək.
Bununla bağlı hələki heç bir tədbir görülməyib.
News365.az videonu təqdim edir:
Vəfa Vəliyeva, News365.az