Türkiyədə 16 yaşlı qız uşağını mesaj vasitəsilə təqib edən CHP-li bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb
News365.az bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir
Türkiyənin Daxili İşlər Nazirliyi 16 yaşlı qız uşağına mesaj yazaraq onu təqib edən Giresunun Görele rayonunun CHP-li bələdiyyə sədri Hasbi Dedenin vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.
Açıqlamada bildirilib ki, Giresunun Görele rayonunun CHP-li bələdiyyə sədri Hasbi Dede davam edən istintaqın düzgün aparılması məqsədilə vəzifəsindən kənarlaşdırılıb və aşağıdakı məlumatlar təqdim olunub:
“Konstitusiyanın 127-ci maddəsi və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinin Nazirliyimizə verdiyi səlahiyyətə əsasən; barəsində məhkəmə və inzibati araşdırmalar davam edən Görele bələdiyyə sədri Hasbi Dede müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırılıb.” (Trend)