15 il hər gün enerji içkisi içən qadın fəsadlardan şoka düşdü

15 il hər gün enerji içkisi içən qadın fəsadlardan şoka düşdü
05 İyn 2025 13:40

Avstraliyalı qadın 15 il ərzində hər gün enerji içkiləri içib və bədənində baş verən proseslər barədə danışıb.

LADBible yazır ki, Lusi Parker adlı qadın gözlənilməz sağlamlıq problemi ilə üzləşib və bu, onu həyat tərzini tamamilə yenidən nəzərdən keçirməyə məcbur edib. 

"Demək olar ki, son 15 il ərzində o, günə enerji içkisi ilə başlayıb - soyuq, qazlı və şəkərlə zəngin içkilər qəbul edib. Qadın bunun zərərli ola biləcəyini başa düşsə də, narahatedici diaqnoz alana qədər prosesi ciddi təhlükə kimi görməyib", - nəşr yazıb.

Hər şey Lusinin qarnında kəskin ağrı ilə başlayıb. Bundan sonra Lüsi həkimə müraciət edib. Kompüter tomoqrafiyası onun yumurtalıqlarından birində şiş aşkar edib. Lakin həkimlər onu əmin ediblər ki, bu, ən təhlükəli aşkarlama deyil. 

"Onları xəstənin qaraciyərinin vəziyyəti daha çox narahat edib. Həkimlər bildiriblər ki, onun çox güman ki, qaraciyər xəstəliyi var, orqanda artıq piy yığılır. Bu, siroz, diabet, yüksək qan təzyiqi və digər ciddi nəticələrə səbəb ola bilər", -sayt yazıb.

Parker şoka düşüb. ÇÜnki o, alkoqol, siqaret və narkotik qəbul etmirmiş və özünü sağlamlığına diqqət yetirən bir insan hesab edib. Qadın avstraliyalı həkimlərlə birlikdə həyat tərzini təhlil etməyə başlayıb. Elə o zaman Lusi hər gün iki qutu enerji içkisi içdiyini etiraf edib: "Bu vərdiş illər boyu davam edib, xüsusən də onun uşaqları olduqdan sonra, yorğunluq hissi demək olar ki, qadınla daimi bir yoldaş olubmuş".

Tural


Sizin reklam burada
Sizin reklam burada