12 günlük müharibə zamanı 50 nəfərə cinayət işi açılıb

12 günlük müharibə zamanı 50 nəfərə cinayət işi açılıb
12 İyl 2025 19:15

İsrailin İrana qarşı hücumu və 12 günlük hərbi qarşıdurmadan sonra sosial şəbəkələrdə "şayiə yaymaq və panika yaratmaq" ittihamı ilə Tehranda 50 nəfərə qarşı məhkəmə işi açılıb.

News365.az "Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İran ədliyyəsinin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında deyib.

“Həmin şəxslər cəmiyyətdə qorxu və çaşqınlıq yaratmaq məqsədilə yalan məlumatlar paylaşmaqda ittiham olunurlar”, - Cahangiri əlavə edib.

Hazırda hüquqi proses davam edir.


Sizin reklam burada
Sizin reklam burada