"Əvvəlki illərlə müqayisədə bu il zəvvarlar arasında xəstəlik halları nisbətən aşağıdır."
News365.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
QMİ rəsmisi bildirib ki, zəvvarlarımızın səhhəti ilə bağlı vəziyyət yaxşıdır:
"Bu il əvvəlki dövrlərlə müqayisədə xəstəlik halları nisbətən aşağıdır. Zəvvarlar özlərini yaxşı hiss edirlər. Həccin son ayinlərini yerinə yetirirlər."
V.Cahangiri azərbaycanlı zəvvarların vətənə nə vaxt dönəcəyini də açıqlayıb: "Zəvvarların vətənə ilk dönüşü iyun ayının 16-da baş tutacaq."
Qeyd edək ki, bu il Azərbaycandan 1250 zəvvar Həccə yola düşüb.