Ermənistan
hökuməti Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün nəzərdə
tutulan Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə razılaşıb.
Bu barədə
İspaniyanın “Periodista Digital” nəşri İrəvan və ABŞ arasında “gizli
memorandum”un məzmununa istinadən məlumat yayıb.
Məlumata görə,
sənəd Ermənistanın Zəngəzur rayonu ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla
birləşdirəcək 42 kilometr uzunluğunda nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə
tutur:
“Bu marşruta
müvəqqəti “Tramp körpüsü” adı verilib. Nəqliyyat dəhlizi özəl Amerika şirkəti tərəfindən
idarə olunacaq. Marşrutdan istifadədən İrəvan gəlirin cəmi 30%-ni alacaq”.
Nəşr iddia
edib ki, memorandum artıq Ermənistan, Azərbaycan və ABŞ tərəfindən təsdiqlənib:
“Memorandumda
həmçinin Ermənistan ərazisinə ABŞ-ın əhəmiyyətli qüvvələrinin yerləşdirilməsi də
nəzərdə tutulub. Lakin söhbət nizami ordudan yox, 1000-ə yaxın döyüşçüdən ibarət
özəl hərbi şirkətdən gedir. Bu qüvvələr dəhlizin təhlükəsizliyini təmin edəcək”.
Mövzu ilə
bağlı News365.az- a danışan Millət
vəkili Rasim Musabəyov deyib ki, hər hansı bir memorandumdan söhbət gedə
bilməz:
“ABŞ Ermənistanla
bu barədə danışıqlar belə aparmayıb. Bu kimlərinsə fikirləridir. Publika üçün səsləndirirlər.
Reallıqsa budur ki, sözü gedən ərazidə hal-hazırda rus sərhədçiləri durub. Bu xəbər
yayılandan sonra Ermənistanın təhlükəsizlik şurasının katibi İran rəsmilərinə zəng
edərək bildirib ki, narahatçılığa əsas yoxdur,qeyri-ciddi söhbətlərdir. Təbii
ki, Paşinyan da boş dayanmayıb, Rusiyanı inandırmağa gedir. Ona görə də belə xəbərlərin
əsası yoxdur. Guya ABŞ 99 il müddətində Zəngəzur dəhlizinin mühafizəsini təşkil
edəcək. Hətta Zəngəzur dəhlizini “Tramp körpüsü” adlandıranlar da var. Bunlar hələki
əsası olmayan boş söhbətlərdir.
Nəzərə alaq
ki, dəhlizin mühafizəsindən əvvəl onun inşası vacibdir. Hələliksə dəhlizin
inşası barədə Ermənistan hökümətinin hansısa bir layihəsi yoxdur. Baxmayaraq
ki, rəsmi İrəvan yayılan feyk xəbərləri təkzib etmir. Bu da onunla bağlıdır ki,
belə xəbərlər onların işinə yarayır. Paşinyan höküməti hər vasitə ilə Zəngəzur
dəhlizinin açılmasını ertələyir. Belə vəziyyətdə isə bu tip informasiyaların
yayılması təsadüfi deyil”.
News365.az