Zelenski parad ərəfəsində Rusiyaya hücumları ədalətli addım adlandırdı

Zelenski parad ərəfəsində Rusiyaya hücumları ədalətli addım adlandırdı
08 May 2025 09:50

Ukrayna prezidenti Volodimir Zelenski diqqət çəkən açıqlamalar verib. O, Telegram kanalında paylaşım edərək Rusiyanın 9 may paradı ərəfəsində təşvişə düşməsinə sevindiyini gizlətməyib.

Ukrayna lideri qeyd edib ki, Qələbə günü ərəfəsində Ukrayna pilotsuz təyyarələrinin Rusiya bölgələrinə kütləvi hücumları Kiyevin ədalətli addımıdır.


"İndi isə Rusiya hava məkanının da narahatçılıq hiss etməsi ədalətlidir",- siyasətçi yazıb.


Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus 524 təyyarə tipli PUA-nın ölkənin regionları üzərində 24 saat ərzində məhv edildiyini bildirmişdi. 

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girsə də,  sonda uğursuzluğa düçar oldu. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib və Kurskun işgalda qalan əraziləri azad edilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada