"Zəfər paradı Ermənistana mesaj oldu".
Hərbi ekspert Ədalət Verdiyev News365.az-a açıqlamasında Bakıda keçirilən Zəfər paradının Ermənistana mesajlarını şərh edib.
O bildirib ki, parad Azərbaycan Ordusunun gücünü bir daha nümayiş etdirib:
“Müharibə başa çatmasına baxmayaraq, Azərbaycan Ordusu daim modernizasiya olunur, yeni silah və texnologiyalarla təchiz edilir. Bu isə ölkəmizə torpaqlarını qorumaq və hər hansı təhdidi dəf etmək imkanını verir. Parad göstərdi ki, Azərbaycan həm müttəfiqlərinə, həm də regiondakı digər ölkələrə öz mövqeyini nümayiş etdirir.”
Ekspert vurğulayıb ki, Türkiyənin dəstəyinin açıq bəyan edilməsi və Azərbaycanın güclü mövqeyi Ermənistana ciddi mesajdır:
“Azərbaycanla dostluq etmək mümkündür, amma təhdid dili işlətmək təhlükəlidir. Parad həm qələbəmizi, həm də Silahlı Qüvvələrimizin istənilən təhdidə hazır olduğunu göstərdi. Bu, Ermənistanda revanşist qüvvələr üçün açıq mesajdır.”