Yol örtüyü sizi aldada bilər - Diqqət!

Yol örtüyü sizi aldada bilər - Diqqət!
23 Fev 2025 22:30

Yol- patrul xidmətinin müşayəti ilə aidiyyəti qurumlar tərəfindən avtomagistrallara duz-qum qarışığı səpilərk qardan təmizlənməsinə baxmayaraq, küləklə sovrulan qarın qısa zamanda yenidən yolun hərəkət hissəsini tutması sürücülərdə çaşqınlıq yarada bilər. 

Belə ki, yolun qardan təmizləndiyinə güvənən sürücü bir qədər sürət yığdıqdan sonra anidən qar və ya buzla örtülü yol sahəsinə çıxdıqda təbii olaraq təlaş hissi keçirir ki, bu da instinktiv olaraq kəskin tormozlamaya və avtomobilin sürüşməsinə səbəb olur. 

Baş Dövlət Yol Polisi İdarəsi gecə saatlarında yolların buz bağladığını da nəzərə alaraq, qeyd olunan xüsusatları diqqətdə saxlamağı, zərurət yaranmadıqca şəxsi avtomobildən istifadə etməməyi xahiş edir.


Sizin reklam burada
Sizin reklam burada