Yevlaxda ƏMƏLİYYAT - saxlanılanlar var

Yevlaxda ƏMƏLİYYAT - saxlanılanlar var
07 May 2025 10:12

Yevlaxda 592 ədəd çətənə kolu əkən şəxslər saxlanılıblar.

Bu barədə News365.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində çətənə bitkilərini kultivasiya yolu ilə yetişdirən Tərxan Tağıyev və Calal Abduyev saxlanılıblar. Onların yaşadıqları ünvanlara baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdikləri 592 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



Sizin reklam burada
Sizin reklam burada