Yəməndə məscidə qumbara atıldı: ölənlər var

Yəməndə məscidə qumbara atıldı: ölənlər var
08 İyn 2025 18:45

Məscidə qumbara atılması nəticəsində 9 nəfər ölüb, 12 nəfər yaralanıb.


Hadisə iyunun 7-də dindarların axşam namazı üçün toplaşdığı Karn əl-Əsəd kəndində baş verib.


Hücum edən şəxsin psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir.


Cinayətkarın hücumdan təxminən saat yarım sonra saxlanıldığı qeyd edilir.


Atışma qurbanlarından biri 12 yaşlı uşaq olub.


Sizin reklam burada
Sizin reklam burada