Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının müdiri Aynur Nəsirova Şərifzadə 196 ünvanında yerləşən 5 bloklu yaşayış binasında mövcud təhlükəli vəziyyətlə bağlı öz sosial şəbəkəsində paylaşım edib.
News365.az xəbər verir ki, məlumata görə, binanın 1-ci mərtəbəsində yerləşən kafenin bacaları və üstüaçıq kondisionerləri elektrik kabelləri ilə birlikdə risk yaradır. Bloklarda təxliyə qapısı yoxdur, həyətdən çıxış üçün isə yalnız bir yer mövcuddur.
Onun sözlərinə görə, həyət isə maşınlar üçün dayanacaqdır:
“Təcili yardım, yanğınsöndürən maşının bloklara yaxınlaşması üçün uçması gərəkir... Bu hal tək bizim həyətdədirmi, xeyr, hər yerdə belədir... Səsimiz çıxırmı, XEYR... Allaha pənah yaşayırıq ...”
Qeyd edək ki, jurnalistin "Feysbuk" səhifəsindəki paylaşımına gələn rəylər arasında bənzər şikayətlər mövcuddur.
Sakin: “Binanın vəziyyəti hər tərəfli acınacaqlıdır. Həyətə giriş-çıxış bərbad vəziyyətdədir. Lift 5-ci blokda təhlükəlidir. Hər minəndə dua edirik nəsə olmasın. Heç kəs heç nə etmir. Gah pul yığdılar, iki il oldu xəbər çıxmadı. Çox problemli binadır. Hətta bir dəfə kondisionerlərə görə idi yanğın olmuşdu. Hər şeyi təhlükəlidir”.
