Çin Xarici İşlər Nazirliyi Yaponiya tərəfini ciddi şəkildə xəbərdar edib.
News365.az-ın məlumatına görə, nazirliyin sözçüsü Quo Ciakun Yaponiya ilə bağlı tələbləri açıqlayıb.
Sözçü bildirib ki, Yaponiya əvvəlki səhvlərini nəzərdən keçirməli və onları düzəltməlidir. Eyni zamanda, Çin tərəfi Yaponiyanı səhv bəyanatlarını geri götürməyə, təhlükəsizlik sahəsində konkret addımlar atmağa və BMT üzvü kimi minimum öhdəliklərini yerinə yetirməyə çağırır.
Çin XİN-i vurğulayır ki, bu tələblər Yaponiyanın beynəlxalq öhdəliklərinə sadiqliyini göstərməsi baxımından vacibdir.
News365.az