Xocalı qurbanları üçün 1 dəqiqəlik sükut

Xocalı qurbanları üçün 1 dəqiqəlik sükut
26 Fev 2025 17:26

Bu gün saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

News365.az xəbər verir ki, bununla bağlı ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilərdə və yerüstü qatarlarda fit verilib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.


Sizin reklam burada
Sizin reklam burada