Rusiyada maraqlı hadisə baş verib. Nijni Novqorodda bir gənc adi meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, qısa zamanda komaya düşüb. Bu barədə "Ni Mash" Telegram kanalı məlumat yayıb.
Telegram kanalının məlumatına görə, Danil adlı 22 yaşlı yerli sakin hərarət və səpki ilə xəstəxanaya daxil olub. Üstəlik, yaxınlarının dediyi kimi, o, ağrıdan qışqırırmış.
"Ertəsi gün isə gənc huşunu itirib. Həkimlər bu barədə onun ailəsinə məlumat veriblər. Onlar həmçinin xəstədə kəskin metadon zəhərlənməsinin olmasını da iddia ediblər. Danilin yaxınlarının sözlərinə görə, gənc qanunsuz preparatlardan istifadə etməyib", -nəşr yazıb.
Gənc daha sonra başqa xəstəxanaya göndərilib və orada da Danilə sadəcə meningitin ağır forması diaqnozu qoyulub. Onun qanında narkotik maddənin izi aşkar edilməyib. Hazırda Danil son dərəcə ağır vəziyyətdədir, komadan ayılmayıb.
Ailə iddia edib ki, birinci tibb müəssisəsinin həkimləri gəncin həyatına məsuliyyətsiz yanaşıblar və vaxt itirdikləri üçün səhlənkarlıqlarını gizlətməyə çalışırlar. Xəstənin qardaşının deyib ki, həkimlər optimist proqnoz vermirlər. Əgər gənc sağ qala bilsə, normal həyat sürə bilməyəcək.
Tural