Masallı Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi qeydə alınıb.
News365.az-ın məlumatına görə, sentyabrın 29-u saat 07 radələrində Yardımlının Avur kənd sakini 1993-cü il təvəllüdlü Afət Mətləb qızı Abbasova hamiləliyi ilə əlaqədar Masallıdakı xəstəxanaya çatdırılıb. Lakin bir qədər sonra qadın orada vəfat edib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.