“Gürcüstanda
son vaxtlar soydaşlarımıza qarşı təxribatlar törədilir. Dil bilgisinə görə... Gürcülər
öz dillərinə həmişə həssas yanaşıblar. Sovetin vaaxtında mən işimlə bağlı ildə
azı bir dəfə SN-nin kollegiya iclaslarında olurdum. Tədbir gürcü dilində aparılırdı,
sovetni vaxtında”.
Bunu News365.az -a açıqlamasında tanınmış ziyalı Vaqif
Qarayev deyib. O bildirib ki, indi Gürcüstan müstəqil dövlətdir:
“Gürcüstan vətəndaşlarından
gürcü dili bilgisini tələb etmək təbiidir. Amma dil yuxuda öyrənilmir. Tədrisdə
ciddi problemlər var, müəllim çatışmır. Məncə, azərbaycandilli məkttəblərdə gücü
dlini azərbaycanlı müəllimlər tədris etməlidir! Dili mükəmməl bilənlər var,
amma normal vəzifəyə çəkilmirlər. Yaxşı halda rayon sakrebulosunda bir iş verə
bilərlər. Yaxın günlərdə bələdiyyə seçkisi olacaq. Hakim partiyanın
proporsional seçki siyahısına baxıram.İlk onluqda əhalisinin əksəriyyəti erməni
olan Cavaxetiyada cəmi bir gürcü var, yerdə qalan ermənidir. Əhalisinin əksəriyyəti
azərbaycanlı olan Bolnisidə cəmi bir azərbaycanlı var, yerdə qalan gürcüdür!
Bizimkilərin
günahı var. Dilə biganə yanaşanlar az deyil. Amma hökumət də diskriminasiyaya
son qoymalıdır. Azərbaycanlılara normal vəzifələr verməlidir.Ali tribunalardan
səslənən dostluq, qardaşlıq şüarları öz yerində, məişətdəki belə təxribatlar
yaxşı heç nə vəd etmir!”
News365.az