Orxan Fikrətoğlu: Mədəniyyət Nazirliyi kitab sənayesinə xüsusi diqqət ayırır

Orxan Fikrətoğlu: Mədəniyyət Nazirliyi kitab sənayesinə xüsusi diqqət ayırır
12:08

Mədəniyyət Nazirliyi dövlətin təməl ideologiyasını qorumaq və inkişaf etdirmək məqsədilə kitab sənayesinə xüsusi diqqət ayırır.

News365.az xəbər verir ki, bu sözləri 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı təşkil edilmiş mətbuat konfransında Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu bildirib.

O qeyd edib ki, sərgidə bu dəfə üç əsas və bir köməkçi zonadan ibarət olacaq:

“Bunlardan biri əməkdaşlıq zonasıdır. Sərgidə 123 yerli nəşriyyat, poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edəcək. Həmçinin 23 dövlətdən 68 xarici təşkilat sərgiyə qatılacaq”.


Sizin reklam burada
Sizin reklam burada