“Vaxtsız getdin, amma həmişə qəlbimizdə qalacaqsan” - Zamiq Hüseynov

“Vaxtsız getdin, amma həmişə qəlbimizdə qalacaqsan” - Zamiq Hüseynov
15:44

Azərbaycan mədəniyyətinə töhfələr vermiş Əməkdar artist Cabir İmanovun vəfatı sənət camiəsində dərin kədər doğurub.

News365.az xəbər verir ki, müğənni Zamiq Hüseynov sosial şəbəkə hesabında sənətçi ilə bağlı duyğusal paylaşım edib:

"Dünən bir yerdə toyda idik... Qucaqlaşdıq, öpdük, rəqs etdik, bilməmişik ki, sonuncu dəfə imiş. Çox heyif! Yaxşı insan, gözəl dost idin. Allah sənə rəhmət eləsin! Vaxtsız getdin. Hər zaman qəlbimizdə gülərüz, pozitiv və nümunəvi bir insan kimi qalacaqsan. Məkanın cənnət olsun, dostum."

Qeyd edək ki, Cabir İmanov uzun illər səhnədə fəaliyyət göstərib və sevilən sənətkar kimi tanınıb.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada