bu gün Vens Bakıdadır və Azərbaycanla ABŞ arasında çox vacib, tarixi sənəd imzalanıb. Bu sənəd məmləkət üçün inanılmaz fürsətlər açır, xarici siyasətdə növbəti uğurlu addımdır. Sənədin bəndlərindən biri:
• Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları AI tərəfdaşlıqlarının inkişaf etdirilməsi üzrə əməkdaşlığı genişləndirmək və müvafiq hallarda, kosmik sənaye sahəsində əməkdaşlığı və Azərbaycan Respublikasında özəl sektorla əməkdaşlıq ilə AI data mərkəzlərinin inkişafı da daxil olmaqla, rəqəmsal infrastruktura sərmayə qoyuluşunu təşviq etmək niyyətindədirlər.
İlk addım və imzalar atıldı, qaldı əməli iş, hökumət bu fürsəti qaçırmamalıdır, indiki idarəetmə fəlsəfəsi və yanaşması ilə bu işin öhdəsindən gəlmək çətin olacaq. Buna görə də, sistem islahatları mütləqdir, vacibdir, artıq ertələnə bilməz.