Qıraq Kəsəmən böyük kənd olub. Adına el arasında "Min öylü" kənd deyilirdi. Bu kənddən yüzlərlə tarixi şəxsiyyətlər çıxıb. Hər birinin özünün imzası, adı və baş hərfi tarixin qızıl səhifələrinə yazılıb.
Bu kəndin iki şəxsiyyəti olub. Hansı ki, şəxsən ikisinə sevgim və sayğım sonsuzdur.
İkisi də uşaqlıq dostu olub. Lakin sonradan aralarında yaranan qan düşmənçiliyi onları ayrı salıb. Lakin mərdlik dastanı yazan bu iki Kişi düşmən olsalar da bir birlərinə qarşı qan davasını öz aralarında şəxsi məsələ hesab ediblər..
İsrafil ağa Kəlbəliyev başqa qəzadan keçəndə ermənilərin azərbaycanlı qızıa təcavüz etməsini görüb onlara atəş açır və birin ağır yaralayır. Ordan uzaqlaşmaq istəyəndə pristav dəstəsi ilə onu həbs edir və qazamata salır. Bunu eşidən Qaçaq Kərəm onun saxlandığı qazamata gəlir, rəisə pul verib İsrafil ağaya yemək və içmək göndərir. Sonra ismarınc yollayır ki, səni darda qoymaram.. Çünki bilir ki, İsrafil ağaya bir şey olsa bəy olduğu Qəzada ermənilər və kürdlər çapovulla məşğul olar....
Yaxud İsrafil ağa Kəsəmən məzarlığını dağıtmaq istəyən arxası qubernatora bağlı olan bəyi döyəndə sonra Qaçaq Kərəm ona xəbər göndərir ki, sən lazım olanı etdin. Qalanı mənlikdir və gecə ilə gedib o bəyi asır
İsrafil ağa namərd olsaydı, Kərəmi hiylə ilə ələ keçirərdi, pul ilə hər şeyi həll edərdi. Lakin mərd ağa düşməni Kərəmlə açıq döyüşdə qabaqlaşmaq, üzbəüz vuruşmaq istəyirdi.
Qaçaq Kərəm də mərdliklə ona cavab verirdi. Bir gün onun çadırına gəlib, oyadıb öldürmək istəyirdi. Lakin xanımı ilə bir yataqda görüb öldürmür, sinəsinə bir güllə qoyub gedir. Yaxud gecə bəylər toy axşamı əylənən zaman küçəyə çıxan İsrafil ağanın qarşısına çıxıb onu vurmaq istəyəndə digər bəy və ağaların yanında mərd düşməni öldürmək istəmir və havaya güllə atıb gedir.
Ruslar Qaçaq Kərəmə Damcılı bulağı ətrafında hücuma keçirlər. Böyük bir dəstə top və tüfənglə Kərəmi öldürmək üçün ətrafı mühasirəyə alırlar. İsrafil ağa bu döyüşdə Kərəm qaçmağa imkan yaradır ki, kafir gülləsi ilə ölməsin.
Bir dəfə qaçaq dostları deyir ki, izn ver gedib onun başını sənə gətirim. Qaçaq Kərəm ona belə cavab vermişdi:
"Sən bilirsən ki, İsrafil ağanın izni olmasa çar məmuru belə kəndə gələ bilməz. Kovxası olduğu kəndin vergisini özü ödəyir. Əvizində isə kənd sakinlərindən mal-pul yox bir-biri ilə mehriban dolanmağı və oğurluq etməməyi tələb edir ancaq. İndi mən onu indi öldürsəm yazıq caamat başsız qalacaq. Erməni rus kənddə ağalıq edəcək. Ara düzəlsin, qisasımı özüm alacam"
QURD qanunu budur. Düşmən qurdda olsa ətrafında çaqqalar ona hücum etsə düşmən olan Qurda köməyə gələr..
Allah hər ikisinə rəhmət eləsin
Kişilər ölmür, tarix onları daimi yaşadır.
Allah Fərman Eyvazlıya rəhmət eləsin ki, onun haqqında iki hissəli kitab yazıb. Lakin bu kitabların sayı çox olmalıdır ki, Qaçaq Kərəm və İsrafil ağa barədə gənclər çox bilgi əldə etsinlər.
Zaur Əliyev, tarixçi alim