Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi

Vətən Müharibəsi Qəhrəmanının atası vəfat etdi
09:41

Vətən Müharibəsi Qəhrəmanı Saleh Həsənovun atası Valeh Həsənov vəfat edib.

News365.az xəbər verir ki, o, yaşadığı Goranboy rayonunun Qızılhacılı qəsəbəsində dünyasını dəyişib.

Əslən Göyçədən olan V.Həsənov Goranboyda aşıq və şair kimi tanınıb, bir neçə kitabın müəllifi olub.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Saleh Həsənov polkovnik-leytenant rütbəsinədək yüksəlib. S.Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Xocavəndin, Cəbrayılın, həmçinin Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, qüsursuz xidmətinə və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə çoxsaylı medallarla təltif edilib.


Sizin reklam burada
Sizin reklam burada