Uçan eyvanla bağlı hadisə şahidi danışdı- FOTO/ VİDEO + YENİLƏNDİ

Uçan eyvanla bağlı hadisə şahidi danışdı- FOTO/ VİDEO + YENİLƏNDİ
15 Mar 2025 14:18

“Evdə idim. Bir də gördüm ki, səs gəldi. Elə bildim ki, bomba partladı”.

Bunu uçan eyvanla bağlı hadisə şahidi Ceyran Həsənova deyib. O bildirib ki, əvvəlcə elə biliblər ki, uçan binanın pilləkənidir. 

“Elə bildim pilləkən uçdu. Pilləkən qəzalı vəziyyətdədir. Pəncərədən baxdım ki, eyvan uçub. Gəlin də qalıb, altında. Tez 101, 102,112, 102-yə, hamısına zəng vurdum ki, gəlin kömək edin. Sağ olsunlar vaxtında da gəldilər. Qonşu gəlin xəsarət alıb”.

***

Bərdədə yaşayış binasının eyvanı uçmasına səbəb eyvanın qeyri-qanuni artırılıb.

Bunu Bərdə rayon mənzil təmir istismar sahəsinin rəisi Rauf Qafarov bildirib.

O deyib ki, həmin əraziyə də hamamın salınması olub “ Uçan hissə balkon olub.

Balkon qeyri-qanuni artım edilib. Həmin ərazidə də hama yerləşib. Hammaın suyunun axıdılması nəticəsində beton lar tamamailə məhv olmuşdur.

Ona görə də uçmuşdur”.

***

Bərdədə yaşayış binasının eyvanı uçub.

Hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

Əraziyə Fövqladə Hallar Nazirliyinin xilasediciləri və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İkimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 35 yaşlı  Turanə Əliyevanın dağıntılar altında qaldığı müəyyən olunub.

Qadın xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Xilasedicilər sakinləri binadan  təxliyə edib.

***

Bərdədə yaşayış binasında uçqun olub. 

News365.az xəbər verir ki, hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən iki mərtəbəli yaşayış binasında baş verib. 

Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir qadının qaldığı bildirilir.  Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.


***

Bərdədə uçqun uşaq bağçasının inzibati binasında baş verib?

"Bərdə şəhər 4 nömrəli körpələr evi-uşaq bağçasının inzibati binasında heç bir uçqun və dağıntı halı qeydə alınmayıb".

Bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə müəssisənin qarşısında yerləşən yaşayış binasının eyvan hissəsində baş verib. Bağçanın binasına hər hansı bir zərər dəyməyib.

***

Bərdədə uşaq bağçasında uçqun olub. 

News365.azxəbər verir ki, hadisə Bərdə şəhər Təbriz küçəsində yerləşən 4 saylı uşaq bağçası-körpələr evində baş verib. 

Binanın eyvan hissəsində baş verən hadisə zamanı uçqun altında bir azyaşlının qaldığı bildirilir. 

Hadisə yerinə aidiyyəti qurumun əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada