Son iki ildə ukraynalılar on ildən sonra ölkələrinin Avropa İttifaqı çərçivəsində çiçəklənən dövlətə çevriləcəyinə inamlarını itiriblər. Bu barədə “Foreign Affairs” jurnalı yazıb.
“Ukraynanın on ildən sonra Avropa İttifaqı daxilində firavan ölkə olacağına inananların faizi 2022-ci ilin oktyabrında olan 88% və 2023-cü ilin dekabrındakı 73%-dən aşağı düşüb. 2024-cü ilin dekabrında bu göstərici 55%-dir”,- Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun nümayəndələrinin müəllifi olduğu məqalədə qeyd edilib.
Məqalədə həmçinin bildirilir ki, ukraynalılar 2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin uğursuz əks-hücumundan sonra nikbinliyini itirib və Rusiya ilə münaqişənin uzanacağına inanırlar.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural