Ukraynadan Rusiyaya köçmüş qadın dəmir yolunu partlatmaq istədi

Ukraynadan Rusiyaya köçmüş qadın dəmir yolunu partlatmaq istədi
13:30

Rusiyanın Yaroslavl vilayətində Ukrayna əsilli qadın çadırda əldəqayırma partlayıcı qurğu yığarkən saxlanılıb. Baza Telegram kanalının yaydığı məlumata görə, ilkin olaraq o, dəmir yolunda partlayış törətməyi planlaşdırırmış.


Telegram kanalının məlumatına görə, 57 yaşlı Tatyana L. 2020-ci ildə Jitomirdən Rusiyaya gəlib. Lakin o, heç vaxt daimi yaşamaq icazəsi və qeydiyyatı almayıb.


"İstintaqın məlumatına görə, o, bir neçə ay əvvəl Ukrayna Silahlı Qüvvələri ilə əlaqəsi olan şəxslə yazışıb. Yazışma zamanı Tatyana Ukrayna Silahlı Qüvvələrinə kömək etməyə hazır olduğunu bildirib", - yazıda deyilir.

Tural


Sizin reklam burada
Sizin reklam burada