Ukrayna 3 kəndi işğaldan azad edib

Ukrayna 3 kəndi işğaldan azad edib
24 Avq 2025 19:48

Ukrayna Donetsk vilayətində 3 kəndi işğaldan azad edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bildirib.

“Qoşunlarımız uğurlu əks-hücum həyata keçirib və Donetsk vilayətinin kəndlərini - Mixaylovka, Zeleniy Qay, Vladimirovkanı düşməndən təmizləyiblər”, - o, telegram kanalında yazıb.

Onun sözlərinə görə, Pokrovsk istiqamətində vəziyyət ağırdır, düşmən qüvvəsini cəbhənin bu hissəsində cəmləyib.

"Lakin biz xətti tutmalıyıq. Döyüş əməliyyatlarının təşkilində yardım göstəriləcək. Əlavə döyüş sursatları, pilotsuz uçuş apartları və elektron döyüş texnikası ilə bağlı məsələlər həll olunub".


Sizin reklam burada
Sizin reklam burada