'Uçan taksi"nin sürücüsü xəstəxanadan buraxılıb

'Uçan taksi"nin sürücüsü xəstəxanadan buraxılıb
15 Apr 2025 14:09

Bakıda körpüdən uçaraq qəza törədən taksi sürücüsü öz istəyilə tibb müəssisəsindən buraxılıb.

Bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-u saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü şəxs öz istəyilə tibb müəssisəsindən buraxılıb.

Məlumata görə, aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. 

Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb.


Sizin reklam burada
Sizin reklam burada