Xəbər
verdiyimiz kimi 31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikası
Audiovizual Şurasının iclası keçirilib.
İclasda bir sıra məsələlərə baxılıb
İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan
edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin,
texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının
yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib.
News365.az xəbər verir ki, daha sonra audiovizual media fəaliyyəti üçün
lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər
müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən "TV1 Media"
MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya
redaksiyasının adı: "TV1") lisenziyası verilib.
Nəzərə alaq ki, “TV1” xeyli müddətdir ki, YouTube üzərindən yayımlanır. Kanalın
hazırladığı verilişlər qısa zamanda geniş tamaşaçı auditoriyası qazanıb.
Yaxın günlərdə
“TV1” peyk üzərindən yayımlanacaq.
Əlamətdar
hadisə ilə bağlı “TV1”kollektivini təbrik edir, onlara daha böyük uğurlar
arzulayırıq.