Türkiyənin İstanbul və Diyarbəkir vilayətlərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
Bu barədə “Habertürk” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində 46 nəfər şübhəli qismində saxlanılıb.
Onlardan 40-ı həbs vəsatəti ilə məhkəməyə göndərilib.
Şübhəlilərin evlərində aparılan axtarış tədbirləri nəticəsində iki sənədsiz tapança, bir tüfəng, çoxlu rəqəmsal material, sənədlər və qadağan olunmuş nəşrlər müsadirə edilib.