Braziliyada "hörümçək yağışı" videoya çəkilib.
News365.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Minas Gerais ştatının cənubundakı San-Tome das Letras şəhərinin sakinləri qeyri-adi təbiət hadisəsinin şahidi olublar: “hörümçək yağışını” xatırladan nəhəng hörümçək toru səmaya uzanıb. Ətraf mühit fəalı Bruna Naomi tərəfindən çəkilmiş video sosial mediada çoxlu gülməli şərhlərə səbəb olub.
"Mənə deyin, infarkt keçirməmək üçün bu təbiət hadisəsi hansı şəhərdə olur?" – istifadəçilərdən biri zarafat edib.
Bruna həmçinin izah edib ki, bu toru yaradan hörümçəklər Parawixia bistriata növünə aiddir və insanlar üçün təhlükə yaratmır.
Bioloq Fernanda Raggi qeyd edib ki, belə torlar 500-ə qədər hörümçəyi birləşdirə bilər. O, "hörümçək yağışlar"ının havanın isti və rütubətli olduğu dekabr-mart ayları arasında kənd yerlərində tez-tez baş verdiyini söyləyib.