Türkiyəni cənginə alan Afrika istilərinin səbəbi açıqlanıb

Türkiyəni cənginə alan Afrika istilərinin səbəbi açıqlanıb
24 İyl 2025 14:50

Türkiyədə hər il artan temperatur artıq insanları nəfəs ala bilməyəcək vəziyyətə gətirərkən, illər keçdikcə daha da istiləşən havanın səbəbi üzə çıxıb.

News365.az -ın məlumatına görə, Türkiyənin bir çox şəhərində temperatur 40 dərəcəni keçərkən, bəzi vilayətlərdə yeni istilik rekordlarının qırılacağı gözlənilir.

Boğaziçi Universiteti İqlim Dəyişiklikləri və Siyasətləri Tətbiq və Araşdırma Mərkəzinin İdarə Heyətinin üzvü Prof. Dr. Murat Türkeş bildirib ki, Türkiyə hazırda iyulun sonu və avqustun ilk həftəsində müşahidə olunan Afrika mənşəli “eyyam-ı bahur” isti hava dalğasının təsiri altındadır. “Eyyam-ı bahur xalq arasında cəhənnəm istisi, səhrə istisi, Afrika istisi kimi tanınır. Bu dövr qurunun, dənizlərin və okeanların isindiyi, Şimal yarımkürəsinin ən isti günlərinə təsadüf edən bir zamandır. Türkiyə bu dövrdə həm Şimali Afrikadan gələn səhrə istiləri, həm də musson aşağı təzyiq sahəsinin və bununla bağlı aşağı atmosferdəki isti hava axınının şimal-qərbə doğru hərəkətinin nəticəsi olaraq, Ərəbistan, İran və Orta Şərq mənşəli çox isti tropik hava kütlələrinin ardıcıl, çox isti və bəzən də ekstremal hava şəraiti ilə təsirlənir,” – deyə o bildirib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada