Türkiyəli aktrisa Meral Kaplan saxlanılıb.
Aktrisa torpaq satışı üçün saxta sənədlər hazırlayaraq 23 milyon lirə (964 min manat) pulu mənimsəməkdə ittiham olunub. Meralla yanaşı 4 nəfər də tutulub. İfadəsi alınan və haqqında səsləndirilən ittihamları rədd edən aktrisa şərti olaraq azadlığa buraxılıb.Qeyd edək ki, Meral son olaraq "Arka sokaklar" serialında rol alıb.