Türkiyədə yeni konstitusiya üzərində işlər BAŞLADI

Türkiyədə yeni konstitusiya üzərində işlər BAŞLADI
27 May 2025 17:48

Türkiyədə yeni konstitusiyanın hazırlanmasına başlanılıb. 

News365.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. 

O qeyd edib ki, yeni sənəd üzərində işlər ötən gün etibarən başlayıb.   

Prezidentin sözlərinə görə, yeni konstitusiya üzərində 10 hüquqşünas çalışır. 

"Bu milləti çevriliş konstitusiyasının biabırçılığından mütləq xilas edəcəyik", - Ərdoğan bildirib.     

Türkiyə lideri parlamentdə təmsil olunan digər partiyaların da prosesə töhfələri ilə ortaq məxrəcə gələ biləcəyini ümid etdiyini vurğulayıb. 

Qeyd edək ki, Ərdoğan bundan əvvəl də Türkiyənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirib.


Sizin reklam burada
Sizin reklam burada