Türkiyədə ötən ay son 55 ilin ən isti iyul ayı qeydə alınıb.
Bunu Türkiyənin Ətraf Mühit Nazirliyi açıqlayıb.
Türkiyə hökumətinin məlumatına görə, ölkənin 220 meteoroloji stansiyasının 66-da qeydə alınan temperatur əvvəlki illərlə müqayisədə orta hesabla 1.9 dərəcə yüksək olub.
Təkcə ötən gün Osmaniye şəhərində termometrlər 56 dərəcə istini göstərib.