İstanbulun Beykoz Kaymakamlığı sahillərdə dalğa yüksəkliyinin artması ilə əlaqədar 10 iyul 2025-ci il – cümə axşamı günü rayonun bütün dəniz guşələrində dənizə girişin qadağan edildiyini açıqlayıb.
News365.az xəbər verir ki, 5442 saylı “İl İdaresi Haqqında” Qanuna əsasən təhlükəsizlik tədbiri olaraq müvəqqəti məhdudiyyət tətbiq olunur.
Qeyd edək ki, bir neçə gün əvvəl Beykozun Riva sahilində təxminən 2 metr hündürlüyündə dalğalara baxmayaraq dənizə girən 4 nəfər boğulma təhlükəsi ilə üzləşmişdi. Bu hadisə Kaymakamlığın riskləri minimallaşdırmaq üçün operativ qərar verməsinə səbəb olub.
News365.az