Türkiyədə 6 tanınmış jurnalist SAXLANILDI

Türkiyədə 6 tanınmış jurnalist SAXLANILDI
12:00

İstanbul Baş Prokurorluğu “İmamoğlu işi” üzrə aparılan istintaq çərçivəsində 6 nəfərin ifadəsinin alınması barədə İstanbul Polis İdarəsinə göstəriş verib.

News365.az xəbər verir ki, prokurorluğun açıqlamasına əsasən, ifadə verəcək şəxslər arasında tanınmış jurnalistlər Soner Yalçın, Şaban Sevinç, Aslı Aydıntaşbaş, Ruşen Çakır, Yavuz Oğhan və Batuhan Çolak var.

Onların “yalan məlumatı ictimai şəkildə yaymaq” və “cinayətkar dəstəyə yardım etmək” ittihamları üzrə ifadələr alınacaq.

Bildirilib ki, proses İstanbul Polis İdarəsində həyata keçiriləcək.

Qeyd edək ki, jurnalistlər bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.


Sizin reklam burada
Sizin reklam burada