ABŞ Prezidenti Donald Trampın Siyasi Fəaliyyət Komitəsi Respublikaçılar Partiyası ilə birlikdə 2026-cı ilin noyabr ayında keçiriləcək Konqres seçkilərinə hazırlıq məqsədilə artıq təxminən 483 milyon dollar toplayıb.
News365.az xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, respublikaçılar tərəfindən toplanan məbləğ Demokrat Partiyasının siyasi fəaliyyət komitələri tərəfindən toplanan ümumi məbləğindən təxminən üç dəfə çoxdur. Demokrat Partiyasının siyasi fəaliyyət komitələri seçkilər üçün toplanan məbləğ isə 167 milyon dollardır.
Agentlik vurğulayır ki, Tramp noyabr ayına qədər gözləmək niyyətində deyil və yığılan vəsaitdən müttəfiqlərini maliyyələşdirmək üçün istifadə etməyi planlaşdırır.