ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs sazişi bağlamasının zəruriliyinə inandırmağa çalışır. Bu barədə “Newsweek” jurnalı mənbəyə istinadən məlumat yayıb.
Məqalə müəllifləri qeyd edirlər ki, razılaşma mümkündür. Məqalədə deyilir ki, Tramp İsrail hakimiyyətini İranla problemin həll olunması səbəbindən hazırda real məqamın yetişdiyinə inandırmaq üçün hər cür səy göstərir.
Mənbə jurnala bildirib ki, Tramp İsrail və Həmas arasında təkcə 60 günlük atəşkəs deyil, daha çox məsələlərin razılaşmasında maraqlıdır. Amerika lideri ümid edir ki, bu müddət ərzində münaqişənin nizamlanması, bütün girovların azad edilməsi və İsrail və Fələstin arasında gələcək sülh sazişi üzrə danışıqlara səbəb ola biləcək daimi atəşkəs əldə olunacaq.
Tural