“Trampın 50 günlük qərarı müharibənin dayanmasına təsir etmir”- Əlimusa İbrahimov

“Trampın 50 günlük qərarı müharibənin dayanmasına təsir etmir”- Əlimusa İbrahimov
15 İyl 2025 15:49

ABŞ-ın sabiq prezidenti Donald Trampın Rusiya ilə bağlı irəli sürdüyü “50 günlük” qərarın əslində müharibənin dayandırılması ilə heç bir əlaqəsinin olmadığını bildirən politoloq Əlimusa İbrahimov məsələ ilə bağlı News365.az-a açıqlama verib.

Politoloqun sözlərinə görə, bu 50 gün Rusiya və onunla ticarət əlaqələri olan ölkələrə qarşı sanksiyaların tətbiqi üçün nəzərdə tutulub:

“Tramp bu 50 günü Rusiyaya və onunla ticarət əlaqəsində olan dövlətlərə qarşı yeni iqtisadi sanksiyalar tətbiq etmək və ya mövcud kömür və enerji fəalliyyətlərini 100, 200, hətta 500 dəfə artırmaq üçün verib. Amma bu qərar müharibənin dayandırılması ilə əlaqəli deyil. Əksinə, ABŞ və NATO ölkələri bu müddət ərzində də Ukraynanı silahlandırmağa davam edəcəklər”.

Ə. İbrahimov bildirib ki, Ukrayna istədiyi silahları aldığı halda, bu, onun hücumlarını dayandıracağı anlamına gəlmir:

“Əgər Ukrayna ona lazım olan silahları əldə edərsə, bu, müharibənin dayanması deyil, əksinə, daha güclü formada davam etdirilməsi deməkdir. Ukrayna Rusiya ərazilərinə daha dərin raket zərbələri endirəcək və bu, Rusiyanı daha ciddi şəkildə müdafiə tədbirləri görməyə vadar edəcək”.

Politoloq Vaşinqton Postun bu mövzuya dair yazdıqlarını da tənqid edib:

“Bu 50 gün məsələsi əslində diqqət yayındırmaqdan başqa bir şey deyil. Trampın bu addımı müharibənin taleyinə birbaşa təsir etmir və Ukraynanı hərbi fəaliyyətlərini dayandırmağa məcbur etmir”.

Qeyd edək ki, ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi Trampın xarici siyasətlə bağlı verdiyi bəyanatlar beynəlxalq medianın diqqət mərkəzindədir.


Sizin reklam burada
Sizin reklam burada